Sizin reklam burada
Sizin reklam burada

Virusu bloklayan qoruyucu spreyin insanları sosial məsafəyə olan ehtiyacdan azad edə biləcək

Virusu bloklayan qoruyucu spreyin insanları sosial məsafəyə olan ehtiyacdan azad edə biləcək
Birmingham Universitetinin tədqiqatçıları iki günə qədər koronavirus infeksiyasının qarşısını ala biləcək xüsusi burun spreyi hazırlayıblar.
Bu barədə "The Hindu Business Line" məlumat yayıb.
Bildirilib ki, sözügedən spreyin kütləvi istehsalına hazırlıq gedir. İngiltərə hökuməti onu bir neçə aya təqdim etməyi planlaşdırır.
İstehsalçılar virusu bloklayan qoruyucu spreyin insanları sosial məsafəyə olan ehtiyacdan azad edə biləcəyinə inanırlar.
Adı hələ açıqlanmayan spreyin komponentləri artıq tibbi istifadə üçün təsdiqlənib. Onun təhlükəsiz olması məsul şəxslərdən əlavə icazə tələb etməməsi deməkdir.
Sprey formulu virusu çoxala bilmədiyi membranda saxlayır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş