
Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş maliyyə nazirinin ailəsindən üzr istəməlidir.
Publika.az xəbər verir ki, bu barədə İrəvan Ali Məhkəməsi hökm verib.
Qərara görə, Nikol Paşinyan, onun mətbuat katibi Mane Qevorqyan sabiq maliyyə naziri Qaqik Xaçatryan və oğullarından iftirayla təhqirlərə görə üzr istəməlidir.
Qeyd edək ki, Qevorqyan 2020-ci ilin aprelində feysbuk hesabında sabiq nazir və oğulları tərəfindən korrupsiya mafiya sisteminin idarəsi və əldə etdikləri qanunsuz sərvətdən bəhs edən məqalə yazmışdı. Mətbuat katibi bu yazını da təkzib etməlidir.
Hökm qüvvəyə mindikdən sonra 5 gün ərzində Qevorqyan bu məzmunda bir qeyd dərc etməlidir:
"Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Mane Qevorqyanın feysbuk səhifəsində 28 aprel 2020-ci il tarixli paylaşımında şərəf və ləyaqətini təhqir edən ifadələrə görə Qaqik, Qurqen və Artem Xaçatryandan üzr istəyir. "Qaqik Xaçatryan və oğulları korrupsiya mafiya sistemi tərəfindən qeyri-qanuni var-dövlət əldə etdikləri, özlərinin və ya digər ailə üzvlərinin dövlətə ziyan vurduqlarını, talan faktını qəbul etdilər və ya buna hazır olduqlarını ifadə etdilər” cümlələri doğru deyil"".
Conflict.az