Sizin reklam burada
Sizin reklam burada

"Dünyada milyonlarla insan amerikalıların ədalət çağırışına qoşuldu"

"Dünyada milyonlarla insan amerikalıların ədalət çağırışına qoşuldu"
İrqçiliyin davam etməsinə icazə verildiyi müddətcə ruhumuz əziyyət çəkəcək.
Bunu ABŞ Prezidenti Co Bayden ötən il polis tərəfindən qətlə yetirilən Corc Floyd barədə danışarkən deyib.
"Floydun öldürülməsi milyonlarla amerikalının gözünü açdı. Dünyada milyonlarla insan amerikalıların ədalət çağırışına qoşuldu. Bunu unuda bilmərik", - Bayden söyləyib.
Bayden ölkədə sistematik irqçiliyin önəmli problemlərə yol açdığını, ancaq artıq hərəkətə keçməyin vaxtının gəldiyini qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş