Təhsil prosesinin tam bərpa olunduğunu deyə bilmərik.
Bunu Media.Az-a açıqlamasında təhsil eksperti Rüfət Əliyev təhsil prosesinin tədricən bərpasını qiymətləndirərkən bildirib.
“Belə bir hərbi-idman üsulu var - yuxu arteriyasını sıxaraq boğmaq: O öldürmür, ancaq şüursuz vəziyyətdə həyat fəaliyyətini saxlayır, müvəqqəti... İndi növbəti “özünəgəlmə” gözlənilir və çox güman ki, bu, müvəqqəti olacaq. Axı ümumi karantin aprelin 1-ə qədər uzadıldı. Valideynlərin simasında xalq səbrini itirir, “sosial olaraq boğulur”, onlara “bir az hava udmaq” imkanı vermək lazımdır”.
Ekspertin sözlərinə görə, bunun üçün dövlət strukturları günahlandırılmamalıdır:
“Hamı “maşinistin” olmadığı COVID-19 adlı bir “qatar”a mindirilib”, - deyə o, əlavə edilib.
R.Əliyev təhsil və pedaqoji prosesə artıq bir zərbə vurulduğunu, təhrif olunduğunu və “kölgələr oyununa” çevrildiyini təəssüflə bildirib. Məktəbin sosial çevrilmənin hədəfi kimi əhəmiyyətini, təsirini itirdiyini, getdikcə bir yükə çevrildiyini vurğulayan ekspert, pandemiya bitdikdən sonra onun necə görünəcəyini düşünməyin zəruriliyini qeyd edib. O, bunun “ümummilli kədər”ə çevriləcəyindən qorxduğunu deyib.
Müsahib söhbət əsnasında pandemiya öncəsi səviyyələrə qayıtmağın son dərəcə çətin olacağını da vurğulayıb.
“Bəs pandemiyadan travma almış nəsillə neyləmək olar? Onları reabilitasiya etmək, həm özü, həm də cəmiyyət üçün faydalı olacaq real həyata necə qaytarmaq olar?”, - deyə ekspert narahatlıqlarını bölüşüb.
Conflict.az