ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton və qızı Çelsi Klintonun rəhbərlik etdiyi şirkətin Suriyanın Kobani şəhərində YPG/PKK terror təşkilatının qadın üzvlərinin fəaliyyətlərindən bəhs edən kitab əsasında serial çəkmək hüququnu alıb.
Teleqraf.com xəbər verir ki, “HiddenLight Production” şirkətinin Klintonun ortağı, yazıçı Qayl Tzemax Lemmon “Kobaninin Qızları: Üsyan, cəsarət və ədalətin hekayəsi” adlı kitabının televiziya proqramı hüquqlarını əldə etdiyi bildirilib.
“Kobaninin qızları” hekayəsini dünyanın hər yerindən olan tamaşaçılara təqdim etməkdən daha həyəcanlı bir şey yoxdur. “Kobani qızları” ədalət və bərabərlik uğrunda mübarizə aparan cəsarətli qadınların möhtəşəm hekayəsidir”, - Hillari Klinton layihə haqda söyləyib.
YPG terror təşkilatının Suriyadakı fəaliyyətləri ABŞ başda olmaqla Qərb mediası tərəfindən tez-tez işıqlandırılır. Bununla yanaşı, ABŞ hökuməti Türkiyənin etirazlarına baxmayaraq, bölgədəki terrorçulara böyük həcmdə pul və silah verir.
Conflict.az