Sizin reklam burada
Sizin reklam burada

Koronavirusdan sağalan insanların psixi sağlamlığının bərpasına ehtiyac var

Koronavirusdan sağalan insanların psixi sağlamlığının bərpasına ehtiyac var
Ümumdünya Səhiyyə Təşkilatının araşdırmaları koronavirus pandemiyasının insanların zehni sağlamlığına təsirini təsdiqləyib. Bildirilib ki, epidemiya dövründə psixiatr və psixoterapevtlərin xidmətlərinə tələb əhəmiyyətli dərəcədə artıb.
Bu barədə TASS agentliyinə verdiyi müsahibədə ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuynoviç məlumat verib. O qeyd edib ki, koronavirusdan tamamilə sağalan insanlar bir çox hallarda psixi sağlamlığın bərpasına və müalicəsinə ehtiyac duyur.

M.Vuynoviç psixi sağlamlıq xidmətləri və dəstəyinin müasir, yüksək səviyyədə təmin edilməsinin və bu sahədə əhalinin maarifləndirilməsinin vacibliyini vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş