Əgər Rusiyada real iğtişaşlar başlasa, onun beynəlxalq münasibətlər sistemində rolu zəifləyəcək. Bu da Ermənistanın vəziyyətinə neqativ təsir edəcək.
Bunu Ermənistan Demokratik Partiyasının lideri Aram Sərkisyan deyib. Onun sözlərinə görə, Rusiyadakı yürüşlər təsadüfi hallarda süni xarakter daşıyır:
“Rusiyadakı çoxluq situasiyanı yaxşı başa düşür. Orada sərt vətənpərvər əsaslar saxlanılır.
Ermənistana gəlincə, əgər Rusiyada real iğtişaşlar başlasa, bu ölkənin rolu beynəlxalq münasibətlərdə zəifləyəcək. Bu isə bizim üçün ağrılı itki olacaq. Ümid edirəm ki, Rusiyada belə şey olmayacaq”.
Qeyd edək ki, rusiyalı bloger Aleksey Navalnının həbsinə etiraz olaraq ölkənin bütün iri şəhərlərində 23 yanvarda aksiyalar keçirilib. Aksiyalarda qarşıdurmalar yaşanıb və mindən çox etirazçı saxlanılıb.
Conflict.az