Sizin reklam burada
Sizin reklam burada

Bu adalar Yaponiya və Çin arasında mübahisə predmetidir

Bu adalar Yaponiya və Çin arasında mübahisə predmetidir
ABŞ müdafiə naziri Lloyd Ostin bəyan edib ki, lazım gələrsə, Pentaqon mübahisəli adaları qorumaq üçün Yaponiyaya hərbi kömək göstərəcək.

“EADaily”nin məlumatına görə, söhbət Şərqi Çin dənizindəki Senkaku arxipelaqından gedir. Bu adalar Yaponiya və Çin arasında mübahisə predmetidir.

“ABŞ istənilən halda Şərqi Çin dənizində status-kvonun birtərəfli şəkildə pozulmasının əleyhinədir”, - deyə nazir bildirib.

L.Ostin xatırladıb ki, ABŞ və Yaponiya arasındakı təhlükəsizlik sazişi Senkaku adalarına da şamil olunur.

Qeyd edək ki, mübahisəli adalarda zəngin qaz ehtiyatları yerləşir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş