ABŞ Prezidenti Co Bayden daxili siyasi məqsədlər üçün Moskvaya qarşı qarşıdurma ritorikasından istifadə edəcək, lakin bu addım tam dəstəklənməyəcək.
Bu açıqlama ilə "Valday" klubunun elmi işlər üzrə direktoru Fyodor Lukyanov çıxış edib.
ABŞ cəmiyyətinin hazırda "ən yüksək qütbləşmə dərəcəsi" şəraitində çətin bir ictimai-siyasi vəziyyətdə olduğunu deyən Lukyanov bu problemin həllinin yeni Amerika rəhbərliyinin fəaliyyəti üçün həlledici olacağını qeyd edib.
F.Lukyanov vurğulayıb ki, Bayden və komandası ölkədə birliyi təmin etmək üçün çox səy göstərməlidir.
Conflict.az