
"Məktəblərin 15 fevralda açılması ilə bağlı prinsipal qərar verdik".
"TRT Haber" xəbər veri ki, bunu Türkiyə Milli Təhsil naziri Ziya Selçuk deyib.
O bildirib ki, 2 gün ənənəvi, 2 gün distant təhsil sistemi ilə məktəblərdə tədris bərpa olunur:
"Müəyyən siniflərdə tədrisi tədricən bərpa etmək kimi çox fərqli ssenarilərimiz var".
Nazir deyib ki, müəllim və şagirdlərin sağlamlığını riskə atmamaq üçün plan hazırlanıb.
Conflict.az