
İsrailin Qüdsün cənubundakı Hamatosda 800 bina tikməklə bağlı qərarı beynəlxalq hüquqa ziddir.
Bu barədə Avropa Birliyinin baş diplomatı Jozep Borrellin ofisindən yayılmış açıqlamada bildirilib.
“Yeni yaşayış məntəqələrinin inşası İsrail-Fələstin arasındakı böhranın həllini mümkünsüz edir. İsrail hökuməti bu qərarından vaz keçməlidir.
Son vaxtlar Yaxın Şərqdə sülh üçün kritik dönəm başlayıb. Bu kimi addımlar İsrailin ərəb ölkələri ilə normallaşan münasibətlərinə də zərbə vura bilər”, - məlumatda vurğulanıb.
Conflict.az