Sizin reklam burada
Sizin reklam burada

“Ankaranın S-400-dən imtina etməsi problemli olardı"

“Ankaranın S-400-dən imtina etməsi problemli olardı"
Türkiyə S-400 zenit raket sistemlərinin ikinci komplektinin (alayının) tədarükü barədə Rusiya ilə danışıqlara davam edir.

“A Haber”in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar açıqlama verib.

“Ankaranın Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin satın alınmasından imtina etməsi problemli olardı. Bu mövzuda ABŞ ilə fikir ayrılıqlarının dialoq yolu ilə həll olunacağını gözləyirik. Türkiyə ikinci S-400 alayının alınması ilə bağlı Rusiya ilə danışıqlara davam edir”, - deyə o, bildirib.

H.Akar Türkiyədə S-400-ün xüsusi bir dislokasiyasının olmayacağını da qeyd edib. Onun sözlərinə görə, zəruri hallarda sistemlər köçürülə bilər.

Xatırladaq ki, yanvarın 11-də Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir, ölkəsinə gətirilən S-400-ün istismara hazır olduğunu bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş