Sizin reklam burada
Sizin reklam burada

“Ermənistanın baş naziri, heç olmasa, bir az ədəb sahibi olsaydı..."

“Ermənistanın baş naziri, heç olmasa, bir az ədəb sahibi olsaydı..."
Erməni psixoloq Karine Nalçacyan 11 yanvarda Moskvada Prezidentlər İlham Əliyev və Vladimir Putin ilə birgə mətbuat konfransına çıxan Ermənistanın baş naziri Nikol Paşinyanın psixoloji görüntüsünü təhlil edib.
Publika.az xəbər verir ki, psixoloq Paşinyanın ədəbsizliyindən danışıb.
“Ermənistanın baş naziri, heç olmasa, bir az ədəb sahibi olsaydı, ötənilki mesajını açmalı, o vaxt verdiyi vədləri xatırlamalı və bütün bunları yerinə yetirə bilmədiyimiz üçün üzr istəməli idi. Bu, nəyi göstərir? Bir insanın məsuliyyət hissi olmadığını. Yəni gündəlik həyatda kiməsə söz verdiyin halda onu yerinə yetirə bilməsən də, etiraf etməli və edə bilmədiyin üçün üzr istəməlisən. Paşinyan isə bunun əvəzinə 2021-ci ildə xoşbəxtlik diləyərək xalqa yeni vədlər verir”, - K.Nalçacyan bildirib.

Ad - 00:25
ƏTRAFLI
Optimal Sərfəlidir
Psixoloq Nikol Paşinyanın son məqaləsindən danışarkən qeyd edib ki, bu materialı oxuyarkən insan özünü “Əyri Güzgülər Krallığı”nda hiss edir: “Bu il xoşbəxtlik Sünikə gedən yolun bağlanmasında olacaq. Bu, yeganə yoldur, həyat yoludur. Bu adamın nəyi məhv etdiyinə baxın. Artıq dağıntıları ilə Qaregin Njdeyə çatıb. Ölkəmiz ölür. Gözəl günlərin birində bizə deyəcəklər: bilirsiniz, bu, ağrılıdır, amma türklər (azərbaycanlılar - red.) artıq İrəvana çatıblar”.

Psixoloq həmçinin vətəndaşları Nikol Paşinyanın hərəkətlərini hər hansı ruhi xəstəlik və ya digər pozuqluqlarla müqayisə etməməyə çağırıb. Onun sözlərinə görə, Paşinyan hər şeyi ağlı ilə edir: “Ayıq düşüncəli bir insan düşünülmüş proqram həyata keçirir. Hər hansı bir cəmiyyətdə bu tip insanlar 3 faizdir - nə vicdanı, nə də günah hissi var. Bu cür insanlar ustalıqla yalan söyləyirlər. Hətta gözlənilməyən insanları da aldada bilərlər”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ