Bayden vəzifəyə başlayacağı ilk 100 gün ərzində maskalardan istifadə, peyvənd və məktəblərin açılmasına böyük önəm verəcək.
Bunu türkiyəli jurnalist Cansu Kufeli qələmə aldığı "ABŞ-ı nələr gözləyir?" adlı məqaləsində bildirib.
C.Kufeli qeyd edib ki, ilk 100 gün ərzində Bayden 100 milyon koronavirus əleyhinə peyvəndin istehsal edilməsini planlaşdırır:
"Əgər Konqres koronavirusla mübarizə büdcəsini təsdiq edərsə, məktəblərin əksəriyyəti ilk 3 ay ərzində açılacaq".
Türkiyəli jurnalist Baydenin beynəlxalq arenada Obamanın yolunu davam etdirəcəyinin gözlənildiyini deyib:
"Bayden ABŞ-ın müttəfiqləri ilə münasibətlərində inamı bərpa etməyə çalışacaq. O, böyük ehtimalla islahat metoduna baş vuracaq".
Conflict.az