Sizin reklam burada
Sizin reklam burada

İngiltərə Krım və Donbasın azad edilməsi ilə bağlı layihələri maliyyələşdirəcək

İngiltərə Krım və Donbasın azad edilməsi ilə bağlı layihələri maliyyələşdirəcək
İngiltərə Ukraynanın işğal altındakı əraziləri - Krım və Donbas bölgəsinin azad edilməsi ilə bağlı layihələri maliyyələşdirəcək.
Bu barədə İngiltərə hökumətinin rəsmi saytında dərc olunan sənəddə bildirilib.

Sənədə görə, İngiltərənin Kiyevdəki səfirliyi Krımın yenidən Ukraynaya qaytarılması üçün layihələri maliyyələşdirəcək. Maliyyələşdirmə yanvarın 1-dən bu il martın 15-dək davam edən “Açıq Gələcək” proqramı çərçivəsində həyata keçiriləcək.

Proqram çərçivəsində işğal altındakı ərazilərin yenidən Ukraynaya inteqrasiyasını inkişaf etdirmək, habelə Rusiya tərəfindən bu bölgələrdə insan haqlarının pozulmasına dair faktların toplanılaraq, işğal siyasətinin qurbanlarına kömək etmək planlaşdırılır.

London layihələr üçün 10 min funt-sterlinq ayırmağa hazır olduğunu açıqlayıb.

İngiltərə hökumətinin qərarı Rusiyada narazılıq yaradıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ