İranın Əl Qaidə terror təşkilatı üçün sığınacağa çevrilməsi ilə bağlı Vaşinqtonun bəyanatı dəlilsizdir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin rəhbəri Zamir Kabulov deyib.
“Belə təəssürat var ki, cənab Pompeo İranı incitmək üçün pərdə altından nəsə etmək istəyir. Bu, tamamilə dəlilsiz və əsassızdır. Moskvanın Tehranın Əl Qaidə ilə əlaqəsinə dair heç bir informasiyası yoxdur”, – deyə o bildirib.
Qeyd edək ki, Pompeo İranı Əl Qaidəyə sığınacaq verməkdə ittiham edib. O, Əl Qaidənin rəhbərliyinin hazırda Tehranda yaşadığını bildirib.
Conflict.az