Sizin reklam burada
Sizin reklam burada

Liderlər günahkar hesab etdiyi Tramp hökumətindən hər hansı səlahiyyətli şəxslə görüşmək istəmir

 Liderlər günahkar hesab etdiyi Tramp hökumətindən hər hansı səlahiyyətli şəxslə görüşmək istəmir
Avropa İttifaqına daxil olan ölkələrin liderləri ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşdən imtina edib.

Bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, Pompeonun son Avropa səfərinin Lüksemburq hissəsi görüş tələbinin rədd edilməsindən sonra ləğv olunub. İmtinaya səbəb isə ABŞ Prezidenti Donald Tramp dəstəkçilərinin 6 yanvarda Konqres binasına basqını olub. Liderlər günahkar hesab etdiyi Tramp hökumətindən hər hansı səlahiyyətli şəxslə görüşmək istəmir.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti 11 yanvarda Mayk Pompeonun 13 yanvarda Brüsselə 2 günlük səfər edəcəyini, NATO-nun baş katibi Yens Stoltenberq və belçikalı nazirlərlə görüşəcəyini açıqlamışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ