Sizin reklam burada
Sizin reklam burada

"Gürcüstan və Ukraynada ayda 4-5 min dollar maaş alan jurnalistlər tanıyıram"

"Gürcüstan və Ukraynada ayda 4-5 min dollar maaş alan jurnalistlər tanıyıram"
Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu ləğv edildi və yerində Medianın İnkişafı Agentliyi təsis olundu. Bu, müsbət hadisədir, ancaq elə etmək lazımdır ki, yalnız ad dəyişməsin, mahiyyət və dəyərlər də dəyişsin.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun ləğv olunaraq yerində Medianın İnkişafı Agentliyinin təsis olunması haqda danışarkən deyib.

O bildirib ki, hazırda medianın və jurnalistlərin bir çox problemləri var, lakin onlardan ən aktualı maaş məsələsidir:

“Mən özüm də uzun müddət jurnalist kimi fəaliyyət göstərmişəm. Son illərdə müsahibə məqsədilə müxtəlif televiziya kanallarında və redaksiyalarda olduğum zaman mediamızın və jurnalistlərimizin problemlərini müşahidə edirəm. Hazırda jurnalistlərin əsas problemi maaş məsələsidir. Azərbaycanda jurnalistlərin maaşları çox aşağıdır. Əlbəttə, demirəm ki, jurnalistikada hamı yüksək maaş almalıdır. Ancaq uzun illər bu sahədə çalışanlar, peşəkar qabiliyyətə malik olanlar özlərinin və ailələrinin tələbatlarını tam ödəməlidirlər, borc içində üzməməlidirlər.

Dünyada qəbul olunub ki, yaxşı jurnalistin maaşı yaxşı vəkilin və ya yaxşı diş həkiminin maaşından az olmur. Bəziləri deyəcək ki, yaxşı maaşın təminatı üçün reklam bazarı olmalıdır. Bunu da yeni yaranan qurum düşünsün və nəhayət ki, mediaya reklam axınını təşkil etsin.

1998-ci ilə qədər mediaya reklam axını var idi, bunun sayəsində çalışdığım qəzetdə ən çox qonorar alan jurnalistlərdən idim. Azərbaycandan iqtisadi baxımdan zəif olan Gürcüstan və Ukraynada ayda 4-5 min dollar ekvivalentində maaş alan jurnalistlər tanıyıram. Bizdə peşəkar jurnalistlər az deyil, onlar da yüksək maaşlara layiqdirlər. Bu, mediada və jurnalistlər arasında sağlam rəqabəti də gücləndirər”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ