Sizin reklam burada
Sizin reklam burada

"Ermənistan blokada şəraitində iqitsadi inkişaf təşəbbüsünü itirib"

"Ermənistan blokada şəraitində iqitsadi inkişaf təşəbbüsünü itirib"
Ötən gün keçirilən görüş, ölkə rəbərlərinin baş tutan danışıqları 2020-ci ilin 9 noyabr bəyanatının məntiqi davamı kimi dəyərləndirilməlidir. Hesab edirəm ki, 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixləri bölgədə yeni geosiyasi və eyni zamanda iqtisadi reallıqların formalaşmasının tarixləri kimi yadda qalacaq.

Bunu Trend-ə iqtisadçı-ekspert Elşad Məmmədov deyib. Onun sözlərinə görə, bölgədə son üç onillikdən sonra yeni bir dönəm başlayır və bu dönəm bütövlükdə post-sovet məkanının inkişafı nöqteyi-nəzərdən həlledici dönüş nöqtəsinə çevrilə bilər:

“Bu gün biz son 30 il ərzində ilk dəfə real olaraq yeni platformalar əsasında iqtisadi ələqələr qura bilərik. Sovet dövründə bölgədə kifayət qədər dayanıqlı, sistemli, iqtisadi, sosial, humanitar və siyasi inkişaf prosesləri reallaşırdı. İndiki post-sovet məkanında yerləşən ölkələrin vahid bir kompleksli təsərrüfat sistemi var idi. Ermənistandan qaynaqlanan problemlər vahid bir sistemin fəlakətə uğramasına gətirib çıxardı. Bu proseslər, separatçılıq və dezinteqrasiya meyilləri faktiki bölgəmizi iqtisadi inkişaf təşəbbüsündən üç onillik ərzində mərhum etdi".

E.Məmmədov qeyd edib ki, bu gün faktiki olaraq tamamilə yeni bir mənzərə formalaşır. Kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpa edilməsi yüksək prioritetə çevrilib:

“Ölkə rəhbərlərinin bu müddət ərzində ilk görüşü, ilk növbədə məhz iqtisadi əlaqələrin həllinə yönəldi. Bu onu deməyə əsas verir ki, məhz kommunikasiyaların açılması ilə iqtisadiyyət, nəqliyyat, enerjitutumlu layihələrin reallaşdırılması, bölgədə yeni inkişaf prespektivlərinin, yeni inkişaf dövrünün başlaması ortaya çıxır. Etiraf etmək lazımdır ki, burada Rusiyanın və şəxsən Vladimir Putinin böyük rolu var. Regionun əsas dövlətlərindən biri olan Rusiyanın konstruktiv siyasət tətbiq etməsi nəticəsində, bölgənin ümumilikdə iqtisadi inkişafına nail ola bilərik. Eyni zamanda biz unutmamalıyıq ki, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi bir çox iqitsadi layihələrin başlamasına əsas verəcək”.

İqtisadçı ekspert əlavə edib ki, yeni reallıqlar fonunda Azərbaycan Naxçıvanla ölkənin qalan hissəsi arasında iqtisadi əlaqələrin intensivləşməsinə şərait qazanmış olur:

“Biz bilirik ki, Ermənistan blokada şəraitində iqitsadi inkişaf təşəbbüsünü itirmişdi. Bu gün o təşəbbüsü əldə etmək üçün bir fürsət formalaşır. Ermənistan bundan sonra konstruktiv mövqə sərgiliyərsə, bu, onların iqtisadiyyatı üçün böyük imkanların açılması deməkdir. Digər tərəfdən, Rusiya bu bölgə üzərindən çox dayanıqlı şəkildə, Yaxın Şərq bölgəsinə çıxış əldə etmiş olur. Biz bilirik ki, boğazlar yüklənmişdir. Rusiyanın hətta hərbi logistik təchizat nöqteyi-nəzərdən bir qədər boğazların yüklənməsi və bir istiqamətdən asılılığı ilə bağlı problemləri yaranmaqda idi. Bu gün Rusiya faktiki olaraq Azərbaycan üzərindən dəhlizin açılmasına nail olur. Qonşu ölkə üçün bu istiqamət də olduqca önəmlidir, digər tərəfdən, enerji əməkdaşlığı baxımından Azərbaycan, Rusiya, İran enejri əməkdaşlığında böyük perspektivlərin açılmasını da görürük”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ