Sizin reklam burada
Sizin reklam burada

"Pandemiyanın aradan qaldırılması üçün 70 faiz insanın immunitet qazanması vacibdir"

"Pandemiyanın aradan qaldırılması üçün 70 faiz insanın immunitet qazanması vacibdir"
Vaksinasiya koronavirus pandemiyası ilə mübarizə strategiyasına aid əsas məsələlərdəndir. Pandemiyanın aradan qaldırılması üçün 70 faiz insanın immunitet qazanması vacibdir.

Bunu Trend-ə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

N.Abdullayev bildirib ki, bu gün virusla mübarizə çərçivəsində əhalinin artıq neçə faizinin immunitet qazanmasını müəyyənləşdirilməyin üsullarından biri də seroloji testlər vasitəsilə mümkündür:

“Əgər əhalinin yuxarıda qeyd olunan böyük hissəsinin immunitet qazandığı məlum olarsa, bu, artıq pandemiyanın tam aradan qaldırılması üçün yeni imkanlar yaradacaq”.

N.Abdullayev bildirib ki, insanlar peyvəndləndikdən sonra da özlərini qorumalıdır: “Cəmiyyətin vaksinasiyanın tətbiqinə başlanacağı günü səbrsizliklə gözlədiyi başa düşüləndir. Amma vaksinasiyanın tətbiqi virusun kökündən məhv edilməsi anlamına gəlməməlidir və buna görə də insanlar hətta peyvəndləndikdən sonra da tətbiq edilən qayda və qanunlara riayət etməyi özlərinə borc bilməlidirlər”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ