ABŞ vitse-prezidenti Mayk Pens Donald Trampın Konstitusiyaya 25-ci düzəlişdən istifadə olunaraq təcili istefaya göndərilməsini dəstəkləməyib.
Axar.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” qəzeti yayıb. Məlumata görə, Pens bu qərarın ölkədə xaosu dərinləşdirəcəyini deyib.
Qeyd edək ki, Konstitusiyaya 25-ci düzəlişə əsasən, prezident hər hansı səbəbdən vəzifə səlahiyyətlərini icra etmək imkanını itirərsə, vitse-prezident kabinet üzvlərinin əksəriyyətinin dəstəyi ilə prezidenti vəzifəsindən istefaya göndərə və səlahiyyətləri əlinə ala bilər.
Tramp 20 yanvarda səlahiyyətlərini Co Baydenə təhvil verməlidir.
Conflict.az