Sizin reklam burada
Sizin reklam burada

"Artıq dünyada heç kim bizi eyni simada qəbul etməyəcək"

"Artıq dünyada heç kim bizi eyni simada qəbul etməyəcək"
“Post-Amerika dövrünün başlanğıc tarixi varsa, demək olar ki, bu gündür”.
Teleqraf.com xəbər verir ki, bunu amerikalı siyasətçi və qlobalist Riçard Nathan Haas özünün Tvitter hesabında yazıb.
“Bu ölkədə həmişə başqa bir ölkənin paytaxtında gördüyümüzü adət etdiyimiz hadisələr baş verir, xəyalımıza da gətirməzdik ki, bir gün burada da baş verə bilər. Artıq dünyada heç kim bizi eyni simada qəbul etməyəcək, hörmət etməyəcək, çəkinməyəcək və bizə güvənməyəcək. Əgər post-Amerika dövrünün başlanğıc tarixi varsa, demək olar ki, bu gündür”, - diplomat vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqtonda kütləvi nümayişlər başlayıb. Hazırkı dövlət başçısı Donald Trampın tərəfdarları noyabrın 3-də keçirilmiş prezident seçkilərinin nəticələrinin Konqresdə rəsmiləşdirilməsinə etiraz edirlər. Silahlı nümayişçilər Konqresin binasına daxil olaraq, iğtişaş törədiblər. Hazırda paytaxtda silahlı qüvvələrlə etirazçılar arasında qarşıdurmanın baş verdiyi deyilir.
Nümayişlərdən əvvəl açıqlama verən Tramp seçkilərin nəticələrini qəbul etməyəcəyini bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ