Rusiya Müdafiə Nazirliyi Qarabağda görülən işlərin xülasəsini təqdim edib.
Publika.az xəbər verir ki, sülhməramlıların Beynəlxalq Qırmızı Xaç Komitəsi və ermənilər ilə birlikdə döyüş əməliyyatları zamanı həlak olanların cəsədlərinin axtarışı və daşınmasını davam etdirdiyi bildirilib.
Dağlıq Qarabağda itkin düşən əsgərlər haqqında məlumat toplamaq üçün yaradılan "qaynar xətt"ə 570 müraciət daxil olub. Bütün müraciətlər Tərəflərin Barışıq Mərkəzinin axtarış qruplarına göndərilib.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, son bir gündə 170-dən çox insan Ermənistandan Dağlıq Qarabağa qayıdıb. Ümumilikdə, 14 noyabr 2020-ci ildən bu yana 47 min 653 nəfər Dağlıq Qarabağdakı yaşayış yerlərinə qayıdıb.
Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri 23 noyabr 2020-ci il tarixdən etibarən Dağlıq Qarabağda minalardan təmizlənmə zamanı 434,9 hektar ərazi, 164,8 km yol, 618 yaşayış binası, o cümlədən 22 sosial əhəmiyyətli obyekti partlamamış hərbi sursatlardan təmizləyib.
Rus sülhməramlılarının bütün fəaliyyəti koronavirus infeksiyasının yayılmasının qarşısını alan tədbirlərə uyğun olaraq həyata keçirilir.
Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
Conflict.az