Nəzərə alsaq ki, ABŞ-da hakimiyyət dəyişikliyi rəsmi olaraq 2021-ci ilin yanvarın sonunda baş tutacaq, o zaman Vaşinqton Rusiyaya, o cümlədən Rusiya-Ukrayna konfliktinə heç cür təsir edə bilməyəcək.
Bu sözləri “Gələcək Ukrayna İnstitutu” analitik mərkəzinin eksperti İqar Tışkeviç deyib.
O bildirib ki, ABŞ-ın hər yeni prezidenti Rusiya ilə əlaqələrin yenilənməsinin tərəfdarı olub, bu dəfə də Co Bayden cəhd edəcək:
"Düşünmürəm ki, budəfəki cəhd uğurlu olacaq. Məncə, ABŞ tezliklə Rusiya ilə ehtiyatlı əlaqələr və qarşısınıalma siyasətinə yuvarlanacaq. ABŞ-ın Rusiya ilə bağlı yeni siyasəti 2022-ci ildən formalaşacaq”.
Conflict.az