Belçikanın Antverpen bələdiyyəsinin sədri Bart de Bever şalvarını geyinmədən tək köynəklə evdən videomüsahibə verib.
Kult.az xəbər verir ki, o, kadrda təkcə köynəyinin görünəcəyini düşünüb, lakin arxadakı güzgü hər şeyi “ifşa” edib.
“Çox gözəl köynəyiniz var, yəqin ki, xüsusi olaraq bizim üçün geyinmisiniz. Həqiqətən də köynəyin altında alt paltarındasınız?” - deyə aparıcı reportaj zamanı ondan soruşub.
De Bever öncə təəccüblənsə də, sonra səhvini anlayıb:
“Lənətə gəlsin, güzgü qarşısında oturmuşam. Bunu nəzərə almamışdım. İl xoşagəlməz halla başlayır, bunu uzun müddət xatırlayacağam”.
Conflict.az