Qarabağdakı silahlılar silahları təhvil verməyəcək.
Cebhe.info xəbər verir ki, bunu terrorçu rejimin "Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyan deyib.
O iddia edib ki, Qarabağdakı ermənilərdə qanunsuz silah yoxdur: "Qarabağa gediş-gəlişə nəzarətin yeni kriteriyalarının müəyyənləşdirilməsinə hazırda ehtiyac yoxdur. Qarabağın silahlı qüvvələri və güc strukturları (söhbət qanunsuz erməni silahı birləşmələrindən gedir-red.) öz vəzifələrini yerinə yetirir. Əhalidə isə qeyri-leqal silah və döyüş sursatı yoxdur. Buna görə də silahların təhvil verilməsinə ehtiyac yoxdur".
Beləliklə, Qarabağda qalan terrorçuların silahı təhvil verməyəcəyi aydın görünür.
Conflict.az