ABŞ-ın yeni prezidenti Co Bayden komandasındakı adları tədricən açıqlamağa davam edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Bayden Obama dönəmində yüksək postlar tutmuş şəxslərə daha çox üstünlük verir. Xüsusilə milli təhlükəsizlik komandasında o dövrün məmurlarının çoxluq təşkil edəcəyi deyilir.
Viktoriya Nuland, Con Kerri, Con Fayner, Vendi Şerman kimi Obama komandasının məşhur simalarının da Bayden administrasiyasında yer alacağı gözlənilir. Ekspertlər Baydenin xarici siyasət kursunun Obamanın kursu ilə bir çox məqamlarda üst-üstə düşəcəyini vurğulayır.
Conflict.az