Sizin reklam burada
Sizin reklam burada

"Bir satqın bütün xalqı necə aldada bildi?”

 "Bir satqın bütün xalqı necə aldada bildi?”
Zəngəzurun Bərgüşad (ermənilər kəndi Şurnux adlandırır-red.) kəndinin sərhədlərin delimitasiyası prosesi çərçivəsində Azərbaycana qaytarılmasından sonra Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı etirazlar yenidən artıb.

Cebhe.info xəbər verir ki, politoloq Qrant Məlik-Şahnazaryan "Satqın Nikol qoşunları Qarabağdan çıxarır”, - deyə bildirib.

Onun sözlərinə görə, ölkədə son vəziyyətin müzakirəsi aparıldığı bir zamanda Nikol Paşinyan öz işini görür:

"Biz Şurnux kəndinin hansı ölkənin tərkibində olacağını müzakirə etdiymiz bir zamanda satqın Nikol qoşunları Qarabağdan çıxarır. Əsgərlərin əvəzedilməsi adı ilə onları gətirirlər, sonra isə elan olunur ki, azərbaycanlılar əsgərləri xidmət yerinə qayıtmağa qoymur, onları buraxmır. Bu, daimi olaraq təkrar olunur. Doğru demək lazımdır ki, xalqın Vətənə qarşı bu qədər laqeyd münasibəti məni narahat edir. Xalq kütləsini kənara qoyaq. Bəs ziyalılar hanı? Siyasi, hərbi, dini elita haradadır? Bir satqın bütün xalqı necə aldada bildi?”

Onun sözlərinə görə, Şurnuxdan sonra Kərki kəndi Azərbaycana təhvil veriləcək:

“Soruşmayın ki, bu barədə məlumatı haradan almışam. Cavabı internetdə var, girin və Rusiya Federal Təhqiqatlar Bürosunun xəbərlərini oxuyun. Orada açıq-aydın yazılıb ki, Araz yaxınlığında Paruyur Sevak kəndində post qoyulacaq. Sonra xəritədə bu kəndi tapın və hər şey sizə aydın olacaq".

Politoloq bildirib ki, hələ də ölkədə Ermənistan-Qarabağ ayrı-seçkiliyi aparılır: "Mən isə ancaq onu deyə bilərəm ki, gəlin Tiqranaşendə baş verəcəklərə hazır olaq".

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ