"2021-ci ildə də hakimiyyət kadr islahatlarını davam etdirəcək və bu il daha iki mühüm postda dəyişiklik gözlənilir". Bu barədə DİA.AZ-a hökumətdəki mənbədən informasiya daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, nğövbəti ələmədə onlarla icra başçısının kürsüdən atılması ilə yanaşı, iki yüksək ranqlı məmur da görəvindən ayrılmalı olacaq.
Mənbə dia.az-a onların kimliklərini də açıqlayıb: "Onlardan biri Maliyyə Naziri Samir Şərifovdur ki, onunla bağlı neqativlər yetərincədir. Samir Şərifovun adı ABB olaylarında yetərincə kirlənib və əslində maliyyə nazirimiz Cahangir Hacıyevin məhbəs yoldaşlarından biri olmalı idi.
Digəri isə ölkənin baş dəmiryolçusu Cavid Qurbanovdur. Onun da adı kifayət qədər qaranlıq olaylarda hallanmaqdadır. Onun hazırda sığındığı çevrələr belə bu gün Cavid Qurbanovu qorumaqda yetərli hesab olunmur.
Burada daha çox diqqətçəkəni isə hər iki məmurun yeniləşən iqtidar komandasında "yamaq" kimi görünmələridir".