ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin inauqurasiya mərasimi yanvarın 20-də pandemiya səbəbindən ənənəvi formada keçirilməyəcək.
TASS xəbər verir ki, bununla bağlı Senat və ABŞ Konqresinin Nümayəndələr Palatasının andiçmə mərasimləri ilə bağlı ortaq komitəsinin bazar günü yayımladığı açıqlamada məlumat verilib.
Bildirilib ki, əvvəlki inauqurasiyalardan fərqli olaraq, bu dəfə mərasimə az sayda iştirakçı dəvət ediləcək və sosial ara məsafəsi qorunacaq.
Bundan başqa, yeni koronavirus pandemiyası səbəbindən təşkilatçılar növbəti dövlət başçısının andiçmə mərasimi münasibətilə keçirilməli olan paradı ləğv ediblər. Bunun əvəzində teleşirkətlər musiqiçi, rəqqas və digər aktyorların iştirakı ilə virtual paradı yayımlayacaq.
İnauqurasiyadan sonra Bayden və ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harris Kapitol təpəsindən hərbi qüvvələrin ənənəvi keçidini izləyəcək.
Bundan sonra isə hərbçilər Baydeni Ağ Evə kimi müşayiət edəcəklər.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri ötən ilin noyabrın 3-də baş tutub. Nəticələr əsasən, 81,2 milyon seçici Baydenə, 74,2 milyon insan isə Trampa səs verib.
Conflict.az