Sizin reklam burada
Sizin reklam burada

Etirazçılar paytaxtı ələ keçirmək üçün əməliyyata başladılar

Etirazçılar paytaxtı ələ keçirmək üçün əməliyyata başladılar
Dekabr ayında Mərkəzi Afrika Respublikasında (MAR) keçirilən prezident seçkiləri zamanı təhlükəsizlik qüvvələri ilə etirazçı qruplar arasında baş verən qarşıdurmalar ölkəni müharibə poliqonuna çevirib.

Teleqraf.com xəbər verir ki, etirazçıların qarşısını almaqda çətinlik çəkən MAR hökuməti Rusiyadan kömək istəməsindən sonra “Vaqner” muzdlu qrupunun hərbçiləri Banqi şəhəri yaxınlığında peyda olublar.

80 faizi silahlı qruplaşmaların nəzarətində olan ölkədə silahlı etirazçılar paytaxt Banqini ələ keçirmək üçün əməliyyata başlayıb.

Etirazçı qrupları bir araya gətirən CPC koalisiyası bir neçə həftə əvvəl MAR Sülh Hərəkatı, MAR Vətənpərvərlər Hərəkatı, MAR-ın Yenidən Doğulması üçün Xalq Cəbhəsi və Xristian qruplarının birləşməsi ilə qurulub.

Rusiya tərəfi BMT-nin Sülhməramlı Qüvvələri missiyasındakı 14 rus zabitindən başqa, MAR rəsmilərinin istəyi ilə bu ölkəyə ordu yetişdirmək üçün çox sayda rus hərbi personalının göndərildiyini açıqlayıb.

Mərkəzi Afrika Silahlı Qüvvələri və BMT-nin sülhməramlı qüvvələri tərəfindən təhlükəsizliyi təmin edilən şəhərdə hələ də qarşıdurmalar davam edir. Əksəriyyət xristianlardan olan silahlı qruplar, xüsusilə ölkədəki müsəlman mülki vətəndaşlara hücum edir. Müsəlmanların bir qismi hücumlardan yayınmaq üçün qonşu ölkələr Çad və Kameruna sığınır, qalanları da adlarını xristian adlarına dəyişdirmək məcburiyyətində qalır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ