Sizin reklam burada
Sizin reklam burada

Müdafiə Nazirliyi: "O, əsgərləri sıraya düzmək üçün heç kimdən icazə almayıb"

Müdafiə Nazirliyi: "O, əsgərləri sıraya düzmək üçün heç kimdən icazə almayıb"
Son günlər Kamil Zeynallı adlı sosial şəbəkə istifadəçisinin ön cəbhədə Azərbaycan əsgərlərinin qarşısında heç də birmənalı qarşılanmayan çıxışları gündəmin əsas müzakirə mövzularından biridir.
Sosial şəbəkələrdə gedən müzakirələrdə izləyicilərin əsas iradı K.Zeynallının şərəfinə Azərbaycan əsgərinin sıra düzülüşünə keçirilməsinə və onun çıxışlarına qulaq asmağa məcbur edilməsinə qarşı idi.
“24saat.org” xəbər verir ki, məsələ ilə bağlı Müdafiə Nazirliyindən Kamil Zeynallının Azərbaycan əsgərini sıraya düzməsinin heç bir əsası olmadığı bildirilib.
Nazirlik həmçinin bildirib ki, adıçəkiləm şəxsin Azərbaycan ordusunda heç bir vəzifəsi yoxdur və o, əsgərləri sıraya düzmək üçün heç kimdən icazə almayıb. MN “Sosial şəbəkə istifadəçisi olan digər şəxslər də istədikləri zaman əsgərimizi sıraya düzə bilərmi?” sualımıza da “xeyr” cavabını verib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ