Sizin reklam burada
Sizin reklam burada

“Türkiyə təcili olaraq bu adaların hərbisizləşdirilməsini tələb etməlidir"

“Türkiyə təcili olaraq bu adaların hərbisizləşdirilməsini tələb etməlidir"
Yunanıstanın Baş qərargah rəisi Konstantin Floros Aralıq dənizində qeyri-rəsmi hərbi bazaların qurulduğunu, bəzi adalarda hərbi birliklərin yerləşdirildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Aralıq dənizində silahsızlaşdırılması lazım olan adaları hərbi hissələrlə təchiz edən Yunanıstan hərbi olmayan status daxilində Lemnos, Meis, Psara, Rodos, Adacıqlar və Qayalar da, habelə süverenliyi anlaşmalar əsasında Yunanıstana verilməyən Ada, Adacıqlar və Qayalıqlar çərçivəsində Gavdos, Kalolimni, Kaarada, Fənər adası, Ardıççık, Bulamac və Eşek adalarında hərbi hissələr qurur.
Yunan baş qərargah rəisinin səfər etdiyi qeyri-hərbi statusdakı adalarda əsgərlər,silah, müdafiə sistemləri yerləşdirilib və adalar hərbiləşdirilib. Adalarda quru, hava və dəniz bazaları yer alır, istehkamlar qurulur.

Adalarda araşdırma aparan Yunanıstan Baş qərargah rəisi Kontantinos Floros Türkiyəyə yaxın olan adalardakı hərbi birliklərə ələvə dəstək olunacağını, qüvvə, silah göndəriləcəyini qeyd edib.

Vəziyyəti qiymətləndirən mütəxəssis Cihat Yaycı bildirib ki, Yunanıstan bu addımı ilə adaların onlara verilməsi şərtini aradan qaldırıb: “Türkiyə təcili olaraq bu adaların hərbisizləşdirilməsini tələb etməli, hər cür qanuni və diplomatik təşəbbüslərlə çıxış etməlidir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş