Sizin reklam burada
Sizin reklam burada

"Mübahisələr vasitəsilə hökumət əleyhinə bloku gücləndirməyi hədəfləyirlər

"Mübahisələr vasitəsilə hökumət əleyhinə bloku gücləndirməyi hədəfləyirlər
Türkiyədə növbədənkənar seçki olmayacaq.
Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Qurtulmuş bildirib.
O, Türkiyədə növbədənkənar seçki müzakirəsinin zaman itkisi olduğunu bildirib:
“Növbədənkənar seçki iddialarının gündəmə gətirilməsinin səbəbi siyasi məkan formalaşdırmaq istəyidir. Bu mübahisələr vasitəsilə hökumət əleyhinə bloku gücləndirməyi hədəfləyirlər. Növbədənkənar seçkini irəliyə çəkərək, özlərinə görə yeni bir sistem təklifini gündəmə gətirəcəkləri mühit yaratmağa çalışırlar. Türkiyədə hər zaman növbədənkənar seçki müzakirələri müxalifət tərəfindən gündəmə gətirilir. Növbədənkənar seçki məsələsində addım atılması üçün rasional şərtlər lazımdır. Yəni iqtidar partiyası və ya partiyalarının parlamentdəki üstünlüklərinin təhlükə altında olmaları lazımdır. Bu gün bunların heç biri mövcud deyil”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ