
İstanbuldakı danışıqlarla bağlı Vladimir Zelenski administrasiyasında narahatlıq artır.
Belə bir iddia ilə Almaniyanın “Der Spiegel” nəşri məlumat yayıb.
Ukrayna prezidentinə yaxın anonim mənbə nəşrə bildirib ki, “çaxnaşma artır və kimsə nə baş verdiyini bilmir”.
Müəllif qeyd edir ki, Zelenski Donald Trampın mövqeyindən qıcıqlanır. Amerika prezidenti, sələfindən fərqli olaraq, Ukrayna tərəfinə qeyd-şərtsiz dəstək nümayiş etdirmir və bu, Kiyevi daim Vaşinqtonun əhval-ruhiyyəsinə uyğun olaraq siyasətini tənzimləməyə məcbur edir.
Bildirilir ki, Ukrayna hakimiyyəti hazırkı danışıqlar prosesləri nəticəsində üç illik münaqişədən sonra tatmamilə məğlub duruma düşməkdən ehtiyat edirlər.
Conflict.az