Sizin reklam burada
Sizin reklam burada

“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa  davam edir
Mobil rabitə sektorunda sərfəli təklifləri ilə tanınan “Nar” telekommunikasiya
mütəxəssislərini hazırlamaq istiqamətində layihələrini davam etdirir. Bu yöndə növbəti
“Mobil rabitənin əsasları” təlimi Azərbaycan Texniki Universitetində (AzTU) keçirildi.
Universitetin tələbələri “Nar”ın texniki heyətinin hazırladığı və keçdiyi bu təlim zamanı
mobil texnologiyanın təkamülü, mobil rabitə şəbəkəsinin quruluşu, əşyaların interneti
(IoT), 5-ci nəsil texnologiya, mobil rabitənin strukturu, naqilsiz transmissiya şəbəkəsi,
mobil rabitədə tezliklər kimi mövzular haqqında biliklərə yiyələndilər.
“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində paytaxtda və
regionda universitetlərlə əməkdaşlıq edərək mobil rabitə sahəsinin yerli peşəkarlarını
hazırlamağı və onların məzun olduqdan sonra uğurlu karyera qurmasını hədəfləyir. Bu
təlimlər zamanı tələbələr “Nar”ın peşəkar texniki heyəti ilə ünsiyyətdə olaraq təkcə
nəzəri biliklər deyil, həm də gələcək karyeralarının incəliklərini öyrənirlər.
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa  davam edir
“Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı
operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri
göstərməkdədir. “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider
mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq
qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa  davam edir
Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ