Sizin reklam burada
Sizin reklam burada

"Nar" abituriyentləri təbrik edir

"Nar" abituriyentləri təbrik edir
Universitetlərə qəbul imtahanlarında yüksək bal toplayan tələbələr “Nar”dan xüsusi hədiyyələrlə təltif olunacaqlar. “Nar” onların güclü əzm və çalışqanlıqlarını qiymətləndirməklə gənc istedadların akademik təhsilin yeni mərhələsinə böyük həvəslə başlamalarına dəstək olur və bu təşəbbüsün gələcək abituriyentlər üçün də müsbət nümunə olacağına inanır.

İlin abituriyentlərinə ən müasir smartfon, “Nar” nömrə və 700 AZN dəyərində balans hədiyyə edərək “Nar” onların universitet həyatına tam hazır başlamalarını təmin edir. Bu təşəbbüs “Nar”ın Azərbaycan gənclərinin təhsilə marağının artırılmasındakı dəyərli töhfəsini vurğulayır. BMT-nin dayanıqlılıq məqsədlərinə uyğun olaraq təhsil “Nar”ın Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasının mərkəzi sütunlarından biridir.

“Nar”ın gerçəkləşdirdiyi layihə və təşəbbüsləri haqqında ətraflı məlumat almaq üçün nar.az saytına daxil olun.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildir ki, Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş