“Nar” birinci sinfə başlayan şagirdləri “Bilik günü” münasibətilətəbrik etmək üçün Füzuli və Tərtərə səfər edib. Mobil operator ümumilikdə 6 məktəbinbütün “birincilərinə” yeni dərs ili üçün ləvazimatlar, o cümlədən məktəb çantaları hədiyyə edib.
“Nar” artıq bir neçə ildir ki, korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanın bölgələrində təhsil alan şagirdlərin məktəb həyatına ilk addımlarını dəstəkləyir. “Nar”ın KSM istiqamətində həyata keçirdiyi digər lahiyələrlə nar.az/projectssəhifəsində tanış ola bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar”son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Conflict.az