Sizin reklam burada
Sizin reklam burada

İctimai birlik regionda tədbir keçirdi

İctimai birlik regionda tədbir keçirdi
“Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” – Ümummilli lider Heydər Əliyev.

“Ekoloji və Aqrar” İnkişaf ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailə institutunun inkişafı ilə bağlı maarifləndirmə tədbirlərin təşkili” layihəsi çərçivəsində Yevlax rayonunda təlimlər təşkil olunub.

Təlimlər zamanı gənclərə bu gün qurulan ailələrin çox zaman saglam olmayan təməllər üzərində, böyüklərin məsləhəti və rizası olmadan qurulması haqqında danışılıb. Bəzən sosial şəbəkələrdəki tanışlıq vasitəsi ilə, bəzən qeyri millətdən və çox zaman da eyni millətdən olan insanlarla izdivaclar yaranır. Lakin bu gün hamını narahat edən mütəxəssislərə həyacan təbili çaldıran yaranan bu izdivacların uzunömürlü olmamasıdır. Bu münasibətlərin pozulması boşanmalara gətirib çıxarır və bundan hamı xüsusən millətin gələcəyi olan uşaqlar zərbə alır.

Layihə çərçivəsində gənclərə maarifləndirici bukletlər paylanıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş