“Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyi yarandığı tarixdən etibarən vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirmişdir. Bu missiyanın əsası isə vətən müharibəsi iştirakçılarının hüquqi və sosial problemlərinin həll edilməsinə dəstəyin göstərilməsidir.
Yuxarıda göstərilənlərin davamı olaraq, təşkilat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bərdə, Ağdam və Tərtər rayonlarında vətən müharibəsi iştirakçıları, şəhid ailələrinə və onların yaxın ailə üzvlərinə sosial təminat hüququ sahəsində hüquqi dəstəyin verilməsi ilə bağlı layihə çərçivəsində tədbirlər keçirmişdir. Keçirilmiş tədbirlərdə layihə rəhbəri Aydın Zeynalov, layihənin hüquqşünası, vəkil Araz Nurməmmədov və rayonun ictimai təşkilatlarının rəhbərləri iştirak etmişlər. Keçirilmiş tədbirlərdə vətən müharibəsi iştirakçıları tərəfindən səsləndirilən ümumilikdə 30-dan artıq müraciət qeydə alınmışdır. Müraciətlər layihə yekunlaşana qədər müvafiq dövlət orqanlarına yönləndiriləcək və həlli istiqamətində layihənin hüquqşünası tərəfindən müvafiq prosessual hərəkətlər icra ediləcəkdir. Layihədən faydalanmaq istəyən şəxslər facebook, instagram sosial şəbəkələrinin pulsuz hüquqi xidmət səhifələri və ya (055) 858-55-59 whatsApp / mobil nömrə vasitəsilə əlaqə yarada bilərlər.
Conflict.az