Noyabrın 25-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin həyata keçirdiyi “NARKOMANIYA - Dünyamızı qaraldan ağ ölüm!” layihəsi çərçivəsində Bakı şəhərinin Qaradağ rayonunun Qobu qəsəbəsində yerləşən Zəngilan rayonunun 20 nömrəli tam orta məktəbində sonuncu maarifləndirici görüşünü keçirdi. Tədbiri məktəbin direktoru Nazim müəllim açaraq qonaqları və iştirakçıları salamladıqdan sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Belə tədbirlərin keçrilməsinin əhəmiyyətindən danışan natiq bildirdiki xüsusilə orta məktəblərdə yeniyetmələr arasına bu mövzuda maarifləndirmə işlərinin davamlı olaraq aparılması təqdirəlayiq haldır. Yeniyetmə və gənclərin əsrimizin bəlasına çevrilən norkomaniyadan uzaq durmalarının vacibliyindən danışan “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin layihə rəhbəri Amil Məmmədov bildirdi ki, ağ ölüm adlandırılan narkomaniya ilə mübarizə dövlətimizin və cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdəndir. Ona görə də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maaliyyə vəsaiti ilə həyata keçrilən bu qəbildən olan layihələri dövlətlə vətəndaş cəmiyyətinin praktik əməkdaşlığı kimi qiymətlədirmək lazımdır. Daha sonra çıxış edən layihənin eksperti Taleh Əliyev bildirdi ki, dünyada və ölkəmizdə norkomaniya ilə mübarizə ildən ilə genişlənsədə təssüflər olsun ki, bu bəlanın qarşısını tam olaraq almaq mümkün deyil. Ona görədə həm rəsmi sturukturlar vasitəsilə həm də vətəndaş cəmiyyəti xətti ilə hər il norkamaniyaya qarşı müxtəlif tədbirlər həyata keçrilir. Xususilədə gənclərin iştirakı ilə keçrilən maarifləndirici görüşlərin başlıca məqsədi gəncləri bu bəlada uzaq tutmaqdır.Tədbir zamanı gənclərə maarifləndirici bukletlər paylanıldı.
Conflict.az