Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Göygöl rayonunda 2022 - ci il oktyabr ayının 20 -də" El Gücü " Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyinin xətti ilə "Dünyamızı Qaraltmayın! Qızların təhsildən yayındırılması hallarına qarşı maarifləndirici görüşlərin təşkili.adlı lahiyə ilə bağlı təlim Göygöl rayon mədəniyyət Mərkəzinin akt zalında müəllimlərin iştirakı ilə keçirildi.Tədbirə başlamazdan əvvəl iştirakçılara layihənin mahiyyəti ,məqsəd məramı ilə bağlı hazırlanmış buklet paylandı .
Maarifləndirici görüşdə "El Gücü " Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyinin sədri , layihə rəhbəri Sara Məmmədova , İçtimai Birliyin sədr müavini ,layihə rəhbərinin köməkçisi Elxan Babayev , layihənin eksperti Taleh Əliyev ,Göygöl rayon Təhsil Sektorunun metodistləri Zülfiyyə Kəmalova, Cəmilə Vəliyeva ,Pənah Rzayev ,Göygöl rayon Yeni Qızılca kənd tam orta məktəbin direktoru Ofeliya xanım iştirak edirdilər . Təlimə başlamazdan əvvəl Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş ,qanları ilə tarix yazan Şəhidlərimizin unudulmaz əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi onların ruhuna rəhmət ,qazilərimizə ,yaralılarımıza Allahdan can sağlığı söylənildi " El Gücü" Beynəlxalq Humanitar Assosiasiyası İctimai Birliyinin sədri Sara Məmmədova
Tədbir iştirakçılarına rəhbəri olduğu təşkilat haqda və qalibi olduqları,
" Dünyamızı Qaraltmayın" Qızların təhsildən yayındırılması hallarına qarşı maarifləndirici görüşlərin təşkili adlı layihənin məqsədi ilə bağlı məlumat verdi .
Sonra keçiriləcək layihənin mahiyyəti məqsəd - məramı haqda daha geniş məlumat vermək üçün söz layihənin eksperti Taleh Əliyevə verildi.
Taleh Əliyev layihənin incəlikləri ,mahiyyəti ,faydası, məqsədi ilə bağlı iştirakçılara geniş ətraflı məlumat verdi.
Sonra layihə ətrafında öz fikirlərini bildirmək üçün cöz Göygöl Təhsil Sektorunun metodisti Zülfiyyə Kəmalovaya verildi. O,qonaqları salamladı, görüşün əhəmiyyətindən danışdı .Söz Göygöl rayon Yeni Qızılca tam orta məktəbin direktoru Ofeliya xanıma verildi.Ofelya xanım layihə ətrafında geniş fikir bildirərək,layihənin əhəmiyyətindən danışdı . Maarifləndirici görüşdə iştirak edən müəllimlər layihə ətrafında öz fikirlərini bildirdilər və bir çox təkliflər irəli sürdülər .
Sonda layihənin rəhbəri Sara Məmmədova layihənin yüksək səviyyədə,səmərəli keçirilməsində dəstəyi olan Azərbaycan Respublikasnın Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbəri Aygün xanım Əliyeva başda olmaqla Agentliyin bütün əməkdaşlarına , Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Elvin Paşayev başda olmaqla İcra hakimiyyətinin bütün əməkdaşlarına , Gəncə- Daşkəsən Regionu üzrə Təhsil idarəsinin müdiri Anar Qədiməliyev başda olmaqla təhsilin bütün əməkdaşlarına , Göygöl rayonu Mədəniyyət Mərkəzinin direktoru Əminə xanım Rəhimova başda olmaqla Mərkəzin bütün əməkdaşlarına , Tədbir iştirakçılarına.təşəkkür və minnətdarlığını bildirdi. Göygöl rayonunda icra olunan layihə yüksək səviyyədə müvəffəqiyyətlə başa çatdı.
Conflict.az