Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi fəaliyyət planına uyğun olaraq “İstedadlı uşaqlara dəstək “ layihəsi çərçivəsində ilk təlimini təşkil etdi. Təlim Bakı şəhəri 185 nömrəli tam orta məktəbdə baş tutdu.
Təlimə cəlb olunmuş məktəb şagirdləri qeydiyyatdan keçdikdən sonra layihə rəhbəri, İb sədri Əli Cəfərov tədbiri açıq elan etdi. Sonra bütün təlim iştirakçıları ayağa qalxaraq Azərbaycan Respublikasının dövlət himnini oxudular. Himn başa çatdıqdan sonra layihə rəhbəri hamını 44 günlük Vətən savaşında, ümumiyyətlə Qarabağ , Aprel döyüşləri zamanı və ümumən ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etmək məqsədilə bir dəqiqəlik sayğı duruşuna dəvət etdi.
Sonra Əli Cəfərov çıxış edərək bildirdi ki, “İstedadlı uşaqlara dəstək “ layihəsi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirilir. O, belə vacib mövzulu bir layihəyə qrant ayırdığı üçün Agentliyə öz təşəkkürünü bildirdi. Layihə rəhbəri həmçinin təlimin məqsəd və vəzifələri haqqında məlumat verərək söylədi ki, layihənin əsas məqsədi şagirdlərin istedadını üzə çıxarmaqla bərabər, onların müəlllim və valideynlərini də bu istiqamətdə maarifləndirməkdir: “Heç zaman unutmaq olmaz ki, istedadlı uşaqlar yalnız bir fərdin, bir ailənin, bir məktəbin, bir rayonun deyil, bütün dövlətimizin gələcəyinin gözləntiləridir. Onların bir fərd olaraq yaratdıqlarından bütün xalqımız və ölkəmiz faydalanacaqdır. Uşaqların, onların istedadlarının inkişafı böyük mənada həm də ölkəmizin yaşaması və inkişafı deməkdir”.
Eyni zamanda Ə.Cəfərov layihə çərçivəsində Bakı Uşaq Gənclər Teatrı aktyor truppasının keçəcəyi təlimlərin xüsusi əhəmiyyət kəsb edəcəyinə də toxunaraq söylədi: “Təlimlər müddətində sizin nitq qabiliyyətniz inkişaf etməklə yanaşı, bədii qiraət - şeir söyləmək məharətiniz də yüksələcəkdir. Sonda seir müsabiqəsi təşkil ediləcək və fəal şagirdlərə tərəfimizdən sertifikatlar veriləcəkdir. Bir sözlə, bu təlim sizin həyata baxışlarınızın formalaşmasında, istedadlarınızın - çoxlarınızın hələ də gizli saxladığı potensial istedadların üzə çıxmasında təkrarsız rol oynayacaqdır”.
Qısa tanışlıqdan sonra Əli Cəfərov sözü təlimçi, Bakı Uşaq və Gənclər Teatırının tanınmış aktyoru Mehman Piriyevə verdi. Təlimçi də öz növbəsində şagirdləri salamladıqdan sonra bütün diqqətini mövzuya yönəltmək məqsədilə onlara qısa müraciət etdi. Müraciətdə şagirdləri həvəsləndirici, maraqlı detallara cəlb etmək üçün bilavasitə layihənin mövzusuna istiqamətlənən müəyyən suallar qoyulmuşdu. O, şagirdlərdən öz suallarına cavablar aldıqdan sonra analitik müzakirələr aparıldı. Təlimçi onu da bildirdi ki, təlim zamanı sizlərin nitq mədəniyyəti, diksiyasınız və ümümiyyətlə şeir söyləmək məharətiniz yaxşılaşacaqdır.
Sonra söz şagirdlərə verildi. Şadirdlərdən Mahru, Təranə, Nuriyyə, Ayan və Murad vətənpərvərlik mövzusunda hazırladıqları şeirləri söylədilər. Mehman müəllim şeir söyləyən zaman sagirdlərə hancı detallara fikir vermələrinin xüsusilə vacibliyini izah etdi.
Conflict.az