Bu gün (10.13.2022) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin həyata keçirdiyi “Ustad Dərsləri” Aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində aşıq sənətinin incəliklərinə yiyələnmək istəyən 8 (səkkiz) nəfər yeniyetmə və gəncə altıncı ustad dərsləri keçirildi.
Tədbir iştirakçılarını salamlayan “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri, layihənin rəhbəri Pərvanə Mustafayeva layihənin məqsəd və məramı barədə açıqlama verdi. Bildirdi ki, bu cür layihələri həyata keçirməkdə məqsəd 1000 illərin yadigarı olan saz sənətini təbliğ etmək, ustadlar yetişdirilməsinə təkan vermək, saz sənətini yaşatmaq və gələcək nəsillərə ötürməkdir. Maliyyə dəstəyi verdiyinə görə bir daha Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür etdi. Növbəti dərsi keçmək üçün sözü Aşıq Sevil (Xıdırova) Ədalətə verdi.
Aşıq Sevil (Xıdırova) Ədalət də öz növbəsində “Ustad Dərsləri” Aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliği layihəsinə maliyyə dəstəyi verdiyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri Pərvanə Mustafayevaya belə bir layihəyə təşəbbüs göstərdiyinə görə öz təşəkkürünü bildirdi.
Sonra növbəti dərs başladı. Şagirdlərin ötən dərsdə verilən ev tapşırıqları hazırlığı yoxlanıldı.. Gödək Donu saz havasını bütöv formada ifa etdilər. Əsli və Kərəm dastanından bir parça şer oxundu. Şagirdlərə ev tapşırığı verildi, keçən dərsləri təkrarlamaq tapşırıldı.
Qeyd edək ki, iki ay (01.09.2022 – 01.11.2022) müddətinə icra olunacaq layihə çərçivəsində 8 nəfər yeniyetmə və gəncə saz sənəti haqqında zəruri biliklər veriləcək.
Conflict.az