Sizin reklam burada
Sizin reklam burada

Doğma Yurda Qayıdış İctimai Birliyi Bərdə Dövlət Idarəetmə və Texnologiya Kollecində görüş keçirdi

Doğma Yurda Qayıdış İctimai Birliyi Bərdə Dövlət Idarəetmə və Texnologiya Kollecində görüş keçirdi
Oktyabrın 12-də Bərdə Dövlət Idarəetmə və Texnologiya Kollecində Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Doğma Yurda Qayıdış İctimai Birliyi “Yeniyetmə və gənclər arasında tarixi zəfərimizin təbliği ilə bağlı maarifləndirici tədbirlərin təşkili” adlı layihə çərçivəsində tələbələrlə görüş keçirdi.
Doğma Yurda Qayıdış İctimai Birliyinin sədri, layihənin rəhbəri Səməd Hətəmov Azərbaycanın ərazi bütövlüyü uğurunda canlarını fəda etmiş Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, qazilərimizə , yaralılarımıza can sağlığı arzulandı. Layihənin rəhbəri Səməd Hətəmov layihəni maliyələşdirdiyinə görə Azərbaycan Respublikasının Qeyri– Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirdi, layihənin məqsədi ilə bağlı görüş iştirakçılarını məlumatlandırdı, 44 günlük II Qarabağ müharibəsinin tarixi əhəmiyyətindən, müharibə dövründəki milli həmrəylik bağlı geniş məruzə etdi.
Sonra Bərdə RİN-nin informasiya təminatı və təhlili sektorunda aparıcı məsləhətçi Şəmsiyyə Abbaszadə, Bərdə Dövlət Idarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev, Bərdə Dövlət Idarəetmə və Texnologiya Kollecinin müəllimi, QHT sədri Aydın Zeynalov çıxış edərək düşmən təxribatından, zəfəri qazanmaqda ordu və xalq həmrəyliyinin əhəmiyyətindən, ALİ Baş Komandanın gördüyü işlərdən, ordu quruculuğundan, bugünkü gəncliyin üzərinə düşən vəzifələrdən danışdılar.
Daha sonra söz II Qarabağ müharibəsinin iştirakçısı, kapitan, politoloq, layihənin eksperti Taleh Əliyevə verildi. Taleh Əliyev keçdiyi döyüş yolundan, xalq ordu həmrəyliyindən, xalqın orduya dəstəyi, qələbəni şərtləndirən əsas amillər, dövlətin daha da qüdrətlənməsi üçün gəncliyin üzərinə düşən vəzifələrlə bağlı çıxış etdi.
Görüşün gedişində tələbələrə mövzu ilə bağlı hazırlanmış buklet paylandı
Çıxışlardan sonra layihə çərçivəsində hazırlnmış “Zəfərdən zəfərə” filmi nümayiş olundu. Çıxışlar və film tələbələrin marağına səbəb oldu.
Sonda layihə rəhbəri Səməd Hətəmov görüşün təşkilinə görə Bərdə Rayon İcra Hakimiyyətinə və Bərdə Dövlət Idarəetmə və Texnologiya Kollecinə təşəkkürünü bildirdi.
Doğma Yurda Qayıdış İctimai Birliyi Bərdə Dövlət Idarəetmə və Texnologiya Kollecində görüş keçirdi
Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Doğma Yurda Qayıdış İctimai Birliyi “Yeniyetmə və gənclər arasında tarixi zəfərimizin təbliği ilə bağlı maarifləndirici tədbirlərin təşkili” adlı layihəyəsi çərçivəsində Ağdam, Ağcabədi və Bərdə rayonlarında, hər birində 50 nəfər olmaqla, 150 nəfər gənc və yeniyetmə üçün 44 günlük Vətən müharibəsində qazandığımız zəfərin təbliği ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsi, II Vətən müharibəsinə həsr olunmuş sənədli film çəkilməsi və görüş iştirakçılarına nümayiş olunması nəzərdə tutulurdu.
Layihə rəhbəri Səməd Hətəmov görüşün təşkilinə görə Bərdə Rayon İcra Hakimiyyətinə və Bərdə Dövlət Idarəetmə və Texnologiya Kollecinə təşəkkürünü bildirdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ