Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gədəbəy rayonunda 2022 -ci il oktyabr ayının 6 –da " El Gücü " Beynəlxalq Humanitar Assosiasiyası İctimai Birliyinin həyata keçirdiyi "Dünyamızı Qaraltmayın! Qızların təhsildən yayındırılması hallarına qarşı maarifləndirici görüşlərin təşkili adlı layihə ilə bağlı maarifləndirici görüş Gədəbəy rayon 1 nömrəli tam orta məktəbin akt zalında müəllimlərinin və 11-ci sinif şagirdlərinin iştirakı ilə keçirildi. Tədbirə başlamazdan əvvəl iştirakçılara layihənin mahiyyəti ,məqsəd məramı ilə bağlı hazırlanmış buklet paylandı .
Tədbirdə "El Gücü " Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyinin sədr müavini, layihə rəhbərinin müavini Elxan Babayev , layihənin eksperti Taleh Əliyev ,Gədəbəy rayon İcra Hakimiyyətinin nümayəndəsi Zahid Əhmədov ,Təhsil Sektorunun nümayəndəsi Şahzadə Qəhrəmanlı, 1 nömrəli tam orta məktəbin direktorunun müavini Anar Məmmədov iştirak edirdilər . Tədbirə başlamazdan əvvəl torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş ,qanları ilə tarix yazan Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, onların ruhuna rəhmət ,qazilərimizə, yaralılarımıza Allahdan can sağlığı söylənildi " El Gücü" Beynəlxalq Humanitar Assosiasiyası İctimai Birliyinin sədri Sara Məmmədova tədbir iştirakçılarına rəhbəri olduğu təşkilat haqda, " Dünyamızı Qaraltmayın" adlı layihənin məqsədi ilə bağlı məlumat verdi .
Sonra keçiriləcək layihənin mahiyyəti məqsəd - məramı haqda məlumat vermək üçün söz layihənin eksperti Taleh Əliyevə verildi.
Taleh Əliyev layihənin incəlikləri ,mahiyyəti ,faydası, məqsədi ilə bağlı iştirakçılara geniş ətraflı məlumat verdi.
Sonra layihə ətrafında öz fikirlərini bildirmək üçün söz qonaqlara verildi
Sonda layihənin rəhbəri Sara Məmmədova layihənin səmərəli keçirilməsində dəstəyi olan Azərbaycan Respublikasnın Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi başda olmaqla Agentliyin bütün əməkdaşlarına , Gədəbəy rayon İcra Hakimiyyətinin Başçısı cənab Orxan Mürsəlov başda olmaqla İcra hakimiyyətinin bütün əməkdaşlarına , Təhsil idarəsinin rəhbəri başda olmaqla bütün əməkdaşlarına , Gədəbəy rayon 1 nömrəli tam orta məktəbin direktoru başda olmaqla məktəbin bütün əməkdaşlarına təşəkkür və minnətdarlığını bildirdi.
Gədəbəydə icra olunan layihə yüksək səviyyədə müvəffəqiyyətlə başa çatdı.
Conflict.az