Sizin reklam burada
Sizin reklam burada

"Vəziyyət aydınlaşacaq"

 "Vəziyyət aydınlaşacaq"
"Hətta yüksək texnologiyalara çıxışı olan Türkiyənin "Bayraktar" istehsalı zavodu ildə cəmi 200 dron istehsal edir".
Hərbi ekspert Oleq Jdanov İranın Rusiyaya 1000 “Shahed 129” pilotsuz uçağını ötürə biləcəyinə şübhə edir.
"UNİAN" xəbər verir ki, o, bu haqda fikirlərini "YouTube" kanalında bildirib.
"Mən İranın bu PUA-ları istehsal etmək qabiliyyətinə çox şübhə edirəm"- tanınmış ekspert belə deyib.
Ekspertin sözlərinə görə, hazırda İran ildə 9-10 belə PUA istehsal edir. "Hətta yüksək texnologiyalara çıxışı olan və genişmiqyaslı gücə malik Türkiyənin "Bayraktar" istehsalı zavodu ildə cəmi 200 dron istehsal edir" - deyə Jdanov müqayisə aparıb.
Ona görə də ekspert sanksiyalar altında olan İranın Rusiya ilə bu müqaviləni yerinə yetirə biləcəyinə şübhə ilə yanaşır: “Onların yığılması zavod texnologiyası ilə yox, yarım-kustar üsulla aparılır”- deyə O.Jdanov vurğulayıb.
Xatırladılır ki, bir müddət əvvəl Rusiyanın İrandan 1000-ə yaxın “Shahed 129” hücum və kəşfiyyat PUA-sı sifariş etdiyi bildirilib.
Oleq Jdanov belə dronları vurmağın nə qədər çətin olması haqda suala qəti cavab verə bilməyib.
"İran pilotsuz təyyarələrini vurmağın nə qədər çətin olduğunu hələlik deyə bilməyəcəyəm. Çünki biz onları hələ vurmamışıq. Amma vəziyyət aydınlaşacaq. Onların nə vaxt hazır olacağını demək də çətindir. Ən azı bir ay, yəni sentyabrın əvvəlində və ya avqustda İran PUA-ları cəbhədə görünə bilər” - deyə hərbi ekspert belə deyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş