Sizin reklam burada
Sizin reklam burada

Yeganə Aslanova: "Akademiya öz akademik statusunu itirərək özfəaliyyət dərnəyinə çevrilib"

Yeganə Aslanova: "Akademiya öz akademik statusunu itirərək özfəaliyyət dərnəyinə çevrilib"
Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə

Azərbaycan Respublikasının
Baş naziri cənab Əli Əsədova

Azərbaycan Respublikasının
mədəniyyət naziri cənab Anar Kərimova

AÇIQ MƏKTUB

Hörmətli Cənab Prezident!

Sizin sərəncamınızla yaradılmış Bakı Xoreoqrafiya Akademiyası 2 ildir ki, bərbad vəziyyətdədir. Mədəniyyət Nazirliyi tərəfindən Akademiyaya rektor vəzifəsini icra etmək üçün təyin olunan natamam təhsilli Nailə Məmmədzadə Akademiyadan kütləvi şəkildə professor – müəllim heyətini işdən azad edərək təhsilin səviyyəsini sıfıra endirib. Akademiya öz akademik statusunu itirərək özfəaliyyət dərnəyinə çevrilib. Bu vəziyyət mənim kimi bir çox valideynləri də narahat edir. Məsələ ilə bağlı Azərbaycan Mədəniyyət Mədəniyyət Nazirliyinə dəfələrlə şikayət ərizələri yazılsa da, şikayətlərə baxılmayaraq aidiyyəti olmayan şablon cavablar göndərilib. (şablon cavablar əlavə edilir).
Bu yaxınlarda məlum olub ki, bədii rəhbər, rektor vəzifəsini müvəqqəti icra edən natamam təhsilli (magistr təhsili olmayan) Nailə Məmmədzadə Mədəniyyət Nazirliyinin əmri ilə Tədris işləri üzrə prorektor vəzifəsinə də təyin edilib. (əmrlər əlavə edilir).

Hörmətli Cənab Prezident!
Hər birimizi korrupsiyaya qarşı mübarizəyə çağırdığınız bir vaxtda Akademiyada korrupsiya baş alıb gedir. Buna sübut məktəbin 1-ci sinfinin qəbuluna hazırlaşan uşaqlardan gimnastikaya və dartınma hərəkətlərinə görə ayda 100 azn pul götürülməsidir. Qrupda 40-a yaxın uşaq olur. Bu prosses 3 yay ayı davam edir və sual yaranır ki, bu yığılan pullar kimin cibinə gedir? Çünki Akademiyanın büdcəsinə getmir və hər hansı bir məbləğin toplanmasına rəsmi icazə belə yoxdur. Yeməkxananın heç bir sənədi olmadan arendaya verilir: aylıq 1200 azn.
Kostyumların qiyməti 200-250 azn olarkən büdcədən hər kostyuma görə 580 azn silinir. Orijinal olmayan puantalar 30 azn pul müqabiləndə alınsa da, büdcədən 231 azn silinib. Son zəngdə alınan puantalar tez paylanılıb ki, onların saxta olması bilinməsin. Nailə Məmmədzadə şagirdləri tədbirlərə cəlb edir. Şamaxıda, parklarda keçirilən konsertlər, Texno festival və digər tədbirlərdə öz şəxsi ansamblı “Mirvari”nin və DSX-nin işçilərinə pul verir, amma Akademiyanın tələbələrini istismar edir. Hətta Mədəniyyət Nazirliyinin tədbirləri belə Nailə Məmmədzadəyə işləyir. Kimlər ona köməklik edir? Böyük sual yaranır.
Şuşaya konsertlərə gedərkən Akademiyanın peşəkar sənətçiləri kənarlaşdırılıb, onların əvəzinə öz yaxınlarını (komendantı, saat hesabı müəllimi) göndərir. Məlumdur ki, öz xeyrini güdərək bunu edir.
Elmi Şuranın (heç bir elmi dərəcəsi olmayan Elmi Şura iclasını aparır) iclasında Akademiyanın loqosunu dəyişərək hər kəsə hörmətsizlik edib, fikirlərini saymadan, yenə də nazirliyin adından istifadə etdi. Xoreoqrafiyada toylarda fəaliyyət göstərən öz şəxsi ansamblı “Mirvari”nin, DSX-nin məşqlərini keçirir. Dövlət müəssəsindən öz şəxsi məqsədləri üçün istifadə edir.
Bu müddət ərzində xoreoqrafiyanın inkişafı üçün heç bir addım atmayıb, sadəcə ondan əvvəl də mövcud olan əlaqələri davam etdirir.
Akademiyada onun səriştəsizliyi və tədris prosesini bilməməsi səbəbində, təlim-tərbiyə və tədris prosesi kobudcasına pozulub. Nailə Məmmədzadə Akademiyanın konsertlərinə biletlərin satışını təşkil edir və əlbəttə ki, yenə də pulun hansı tərəfə getdiyi məlum deyil.
Onu da qeyd edim ki, son 2 ayda Akademiyaya göndərilən yoxlama komissiyası tərəfindən külli miqdarda yeyinti aşkarlanmışdır. Prezident Administrasiyasının şöbə müdiri Fərəh xanım Əliyevanı, Mədəniyyət Nazirinin müavini Sevda xanım Məmmədəliyevanı və başqaqlarını özünə arxa bilən Nailə Məmmədzadə hər yerdə “Mənə heç kəs heç nə edə bilməz” deyərək arxayın addımlarla vəzifə pillələrinə qalxmağa davam edir.

Hörmətli Cənab Prezident!
Uçuruma yuvarlanmış Bakı Xoreoqrafiya Akademiyasını xilas etməyinizi Sizdən xahiş edirəm.

Hörmətlə,
Yeganə Aslanova

Redaksiyadan: Müraciətdə əks olunan fikirlər redaksiyanın mövqeyini əks etdirmir, qarşı tərəfində hüquqlarına hörmətlə yanaşırıq, mövqeyini dərc etməyə hazırıq.

Conflict.az
Yeganə Aslanova: "Akademiya öz akademik statusunu itirərək özfəaliyyət dərnəyinə çevrilib"Yeganə Aslanova: "Akademiya öz akademik statusunu itirərək özfəaliyyət dərnəyinə çevrilib"

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ