Martın 17-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadın və uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi "Erkən Nikah və Çarəsizlik" layihəsi çərçivəsində 7 sayli Bakı Peşə liseyində təlim keçirilib.
Bu barədə saytımıza “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri, "Erkən Nikah və Çarəsizlik" layihəsinin rəhbəri Aynur Zülfüqarova məlumat verib.
Təlimdə A. Zülfüqarova çıxış edərək iştirakçıları layihə ilə bağlı məlumatlandırıb. Qeyd edib ki, layihə çərçivəsində 7 məktəbdə "Erkən Nikah və Çarəsizlik" mövzusunda təlim keçiriləcək. Təlimiərin keçirilməsində məqsəd günümüzdə ciddi problemə çevirilən erkən nigahların yaratdığı problemlərlə bağlı məktəbliləri marifləndirmək və bu cür halların baş verməsinin qarşısını almaqdır.
Sonra Azərbaycan Respublikası Təhsil Institutunun doktorantı, elmi işçisi, layihənin təlimçisi Fatimə Zülfüqar Əjdər qızı erkən nikah, onu doğuran səbəblər, erkən nikahdan yarana biləcək problemlər və qarşısının alınması istiqamətdə görüləcək işlərlə bağlı çıxış edib. Daha sonra mövzu ilə bağlı diskussiya aparılıb, layihə rəhbəri və ekspert sualları cavablandırıblar.
Qeyd edək ki, fevral ayının əvvəlində start verilən layihə, üç ay müddətində davam edəcək.
Conflict.az