Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Aşıq Pəri Məclisi" Ozan Sənətinin Təbliği İctimai Birliyinin həyata keçirdiyi “44 günlük Vətən Müharibəsi Tariximizin Zəfər Səlnaməsidir” layihəsi çərçivəsində keçiriləcək şeir müsabiqəsinin başlanması haqqında tədbir keçirilib.
44 günlük Vətən Müharibəsinə həsr olunan müsabiqə keçriləcək
Tədbiri giriş sözü ilə açan "Aşıq Pəri Məclisi" Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri, “44 günlük Vətən Müharibəsi Tariximizin Zəfər Səlnaməsidir” layihəsinin rəhbəri Pərvanə Mustafayeva bildirib ki, 44 günlük vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar ən yeni tariximizin şanlı qəhrəmanlıq səhifəsidir. Ölkəmizdə vətənpərvərlik ruhunu təbliğ etmək xüsusilədə böyüməkdə olan gənc nəsli bu ruhda tərbiyə etmək məqsədilə müasir Azərbaycan ədəbiyyatında bu mövzuda əsərlərin yaradılması son dərəcə vacibdir. Bu layihə çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlığı tərənnüm edən əsərlərin yaradılması və təbliği məqsədilə mart ayının 1-dən aprel ayının 30-dək şairlər arasında şeir müsabiqəsi keçiriləcək.
Müsabiqəyə qatılmaq istəyənlər öz şeirlərini asiqperimeclisi@gmail.com email ünvanına göndərə bilərlər. Müsabiqənin tələblərinə uyğun olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutanlara diplomlar, qiymətli hədiyyələr təqdim olunacaq və müsabiqəyə təqdim olunmuş şeirlərdən ibarət kitabın və saytın təqdimat mərasimi keçiriləcək.
Tədbirdə iştirak edən QHT sədrləri və şairlər çıxış edərək layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışaraq təşkilatçılara uğurlar arzuladılar.
Conflict.az